Türkiyə universitetlərinin azərbaycanlı məzunlarından möhtəşəm addım - "Təhsil üçün oxu"

Day.Az представляет новость на азербайджанском языке

Bakıda Türkiyə Universitetlərindən məzun olan tələbələrin möhtəşəm tədbiri keçirilib.

1992-ci ildə Türkiyə Cumhuriyətinin təşəbbüsü ilə Azərbaycandan yüzlərlə tələbə ali təhsil almaq üçün bu ölkəyə üz tutdular. Bu həm də Azərbaycanda ali məktəblərə qəbul imtahanlarını test üsulu ilə keçirilməsinin və Türkiyəyə dövlət xətti ilə tələbə göndərilməsinin başlanğıcı idi. Milli.Az xəbər verir ki, hər iki dövlətin dəstəyi ilə həyata keçirilən bu əməkdaşlığın ildönümü "Böyük Tələbə Layihəsi - 25" adlı tədbirlə qeyd olunub.

Yubiley tədbirində 300 nəfərdən artıq məzunla yanaşı, Türkiyənin o vaxtkı xarici işlər naziri, eyni zamanda bir müddət Böyük Millət Məclisinin başqanı da olmuş Hikmet Çetin, təhsil naziri Köksal Toptan, Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Ceyhun Bayramov, "ADA Universiteti"nin rektoru, akademik Hafiz Paşayev, 10-dan çox millət vəkili və hər iki dövlətin digər rəsmi şəxsləri iştirak ediblər.

Tədbirdə Hikmet Çetin, Köksal Topdan, Hafiz Paşayev, Ceyhun Bayramov, Erkan Özoral, millət vəkili, eyni zamanda Türkiyədə universiteti məzunu olmuş Rəşad Mahmudov və digərləri çıxış edərək bu layihənin əhəmiyyətindən, bir millət, iki dövlətin qarşılıqlı əməkdaşlığından və təhsilin önəmindən danışıblar. Çıxışçılar layihənin yaranma tarixi və başqa maraqlı xatirələrini də tədbir iştirakçıları ilə bölüşüblər.

İştirakçılara layihənin mahiyyətini özündə əks etdirən qısa filmlə yanaşı "Təhsil üçün oxu" musiqili klipi də təqdim olunub. Qeyd edək ki, Türkiyə universitetlərinin 30 nəfər məzununun Türkiyə türkcəsində ifa etdiyi "Bir başkadır benim memleketim" və Azərbaycan türkcəsində ifa etdiyi "Azərbaycanım" adlı mahnıya Bakı şəhərinin müxtəlif məkanlarını əhatə edən bir klip çəkilib.

Daha sonra tədbir musiqili-əyləncəli hissəylə davam edib.

Bildirək ki, yubiley tədbiri Təhsil Nazirliyinin himayəsi və məzunların özlərinin maliyyə dəstəyi ilə baş tutub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyə məzunlarının