İflic olmuş siçanlar insanın kök hüceyrələri vasitəsilə hərəkət ediblər

Day.Az представляет новость на азербайджанском языке

İnsanın kök hüceyrələrindən təşkil edilən toxuma beldən aşağısı iflic olan heyvanların köməksiz hərəkət etməsinə səbəb olub.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, İsrailin Texnologiya İnstitutunun alimləri tam onurğa beyin transeksiyası olan siçanlara insanın ağız boşluğunun membran qatından alınan kök hüceyrələrini yeridiblər.

Alimlər kök hüceyrələrinin onurğa beyni boyunca müxtəlif vaxtlarda yerləşdirilməsinə, hüceyrələrin saxlanmasına, böyüməsinə və dəstəkləyici hüceyrələrə çevrilməsinə imkan verən üçölçülü bir körpü qurublar.

Qeyd edək ki, kök hüceyrələrindən ibarət olan toxuma insan trombositləri və fibrinləri ilə qidalanır.

Hüceyrələr yerləşdirildikdən üç həftə sonra siçanların 42 faizinin arxa ayaqları üzərində dura və hərəkət edə bildiyi müşahidə olunub.

Siçanların 75 faizinin arxa ayaqlarına və quyruqlarına yönələn stimullara reaksiya verdiyi də vurğulanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.