Cəbhəboyu zonada döyüş atışları

Day.Az представляет новость на азербайджанском языке

Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılması məqsədilə icra edilən döyüş atışlarının videosu yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Cəbhəboyu zonada döyüş atışları