Azərbaycanda kriptovalyuta istifadə olunacaqmı?

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Mərkəzi Bankının (AMB) kriptovalyutaya münasibətdə mövqeyi mühafizəkar olaraq qalır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, AMB kriptovalyutaya alternativ ödəniş vasitəsi kimi baxmır:

"Biz hesab edirik ki, kriptovalyutalar investisiya baxımından təhlükəli alət olaraq qalmaqda davam edir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.