Bakı Olimpiya Stadionu “Qarabağ” – “Çelsi” oyunu ilə bağlı azarkeşlərə müraciət etdi

Day.Az представляет новость на азербайджанском языке

Bakı Olimpiya Stadionu (BOS) sabah futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" və İngiltərənin "Çelsi" komandası arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.

BOS-un rəsmi "Facebook" səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib.

Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə tmaşaçılar üçün ayrılmış xüsusi avtobuslara getmək lazımdır.

Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun "Koroğlu" stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.

Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.