Bakıda turistlərin sevimli bağı yenidən çiçəklənir - FOTOLAR

21 ноября 2017 17:19

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az xəbər verir ki, paytaxtın ən gəzməli-görməli yerlərindən olan Filarmoniya bağının (keçmiş "Vahid" və ya "Qubernator"- red.) siması getdikcə gözəlləşir.



Gözəlliyi və əsrarəngizliliyi ilə yanaşı Bakının digər bağlarından həmişə təmizliyi, səliqəliliyi ilə də seçilən bu bağ əcnəbi turistlərin ən sevimli yerlərindən biridir.

Bunu nəzərə alaraq bağda daim abadlıq işləri aparılır. Bu dəfə isə bağda əkilməsi üçün minlərlə gül gətirilib.

Ayrı-ayrı hissələrdə ağacların, kolların ətrafına əkilməklə yanaşı bu dəfə bağın bir hissəsi ayrıca güllüyə çevrilir.


Qeyd edək ki, paytaxtın digər küçə və parklarından fərqli olaraq burada yalnız kişilər çalışır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!