Aİ ilə Azərbaycan arasındakı münasibətlərdə əhəmiyyətli irəliləyiş əldə edildi

Day.Az представляет новость на азербайджанском языке

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərdə "Şərq tərəfdaşlığı"nın Riqada keçirilmiş son sammitindən sonra əhəmiyyətli irəliləyiş əldə edilib".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə həsr olunan videokonfrans zamanı Aİ-nin nümayəndəsi deyib.

O qeyd edib ki, Aİ Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması ilə bağlı danışıqları davam etdirir: "Yaxın zamanlarda aviasiya sazişinin də imzalanması gözlənilir".

O həmçinin vurğulayıb ki, Azərbaycan Aİ-nin vacib enerji tərəfdaşı və enerji tədarükçüsüdür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.