""Yuventus"da həmişəlik qalacağıma söz vermirəm"

Day.Az представляет новость на азербайджанском языке

"Yuventus"un hücumçusu Paulo Dibala bütün karyerasını Turin klubuna həsr etməyəcəyini bildirib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, "qoca senyora" ilə 2022-ci ilə kimi müqaviləsi olan argentinalı forvard bunları deyib:

"Yuventus"da həmişəlik qalacağıma söz vermirəm. Bu, təkcə məndən asılı deyil. Eyni zamanda klubda son mövsümü keçirdiyimi də deyə bilmərəm. Getdiyim hər yerdə qələbə qazanmaq istəyirəm. Amma futbolda heç vaxt gələcəyi görmək mümkün olmur. Neymarla "Qızıl top" uğrunda mübarizə aparmaq istərdim. Hazırda mənə nisbətən onun şansları daha yaxşıdır. Amma üzərimdə çox çalışıb titullar qazanmaq lazımdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.