Putin-Sarkisyan görüşü “döyülmüş it” atmosferində keçib

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanın xarici ölkələrdən asılı vəziyyəti və müstəqil qərar vermək səlahiyyətinə olmaması bu ölkənin daxilində də geniş tənqid olunur. Sarkisyanın bu yaxınlarda Rusiyaya səfərini şərh edən yerli ekspertlər Ermənistanın acizliyini açıq şəkildə etiraf ediblər. Erməni politoloqlar, keçirilən görüşü bir ifadə ilə nöqtələyiblər. Putinlə Sarkisyanın görüşü it atmosferində keçdi. Sual olunur niyə və nə səbəbə?

Day.Az xezerxeber.az-a istinadən bildirir ki,  Serj Sarkisyanla Vladimir Putinin Moskvadakı görüşü döyülmüş it atmosferində keçib. erməni politoloq Manvel Sarkisyan görüşlə bağlı bir çox mətləbləri ifşa edib. O bildirib ki, Sarkisyan Moskvaya Dağlıq Qarabağ məsələsini müzakirə etməyə çağırılmışdı. Amma Kremldə eşitdikləri həmişəki ənənəvi tapşırıqlardan fərqli olub. Məqsədi aydın idi . Məsələnin həllini biraz da uzatmaq, bəli baş üstə deyib İrəvana geri qayıtmaq. Lakin işğalçı ölkənin rəhbəri Rəsmi Kremlin onun üçün hazırladığı sürprizdən xəbərsiz imiş.
Manvel Sarkisyan : "Sarkisyan çox şey haqda qərar verə bilmir, onun əvəzində başqaları qərar verir. Ölkənin siyasəti məhv edilib. Daim güzəşt etməklə o, şəxsi mövqelərini itirir. Buna görə də o, Putinin önündə ağlayaraq, soruşdu: "bu ölkənin sahibi mənəm, yoxsa yox?".
Politoloq bildirib ki, Putin daha çox Ermənistanın daxili məsələsinə köklənib və görüş ermənistan üçün döyülmüş it atmosferində keçib. o bildirib ki görüşdə sarkisyan bir ölkə başçısına yaraşmayacaq qədər aciz və çarəsiz vəziyyətdə olub və bütün bunlar onun yarıtmaz siyasətinin nəticəsidir. . Erməni politoloq açıqlamasında qeyd edir ki, Ermənistan daxilində dəyişikliklər gözlənilir.Bu gün Ermənistan, Rusiya üçün ağır bir yükdür. Rusiya prezidenti ola bilsin ki, bu dəyişikliyin Sarkisyanın başçılığı ilə baş verəcəyini düşünür. amma bu da sarisksyanı özünü necə aparcağından asılıdır.
Manvel Sarkisyan: "Əgər Sarkisyan yaxşı vəziyyətdə olsaydı, Karen Karapetyanı bura göndərməzdilər. Bu, oliqarxiya sistemidir və bu sistemdə yeganə güc puldur. Aydınlaşdı ki, pul artıq yoxdur, onu tamamilə qarət etdilər, təbii ki, Sarkisyan Rusiya kapitalına doğru əyilməli və ona ümid bəsləməli idi. Təbii ki, kimdə pul var, sahib də odur. Bu gün Rusiyada "Ermənistan investorlar klubu" Ermənistana doğru hərəkət edir. Bu, Rusiyanın gedişidir və aydındır ki, siyasi məsələlər bu prosesdə həll olunur."
Rusiya-Ermənistan münasibətlərinin mövcud yeni geosiyasi reallıqlar fonunda kritik həddə olması və bu münasibətlərin daha da kəskinləşməsi yaxın gələcəkdə Ermənistanın siyasi imitasiyalardan, şantajdan daha uzağa gedəcəyini deməyə əsas vermir. əslində sahib-vassal münasibətini ifadə edən ənənəvi Ermənistan-Rusiya münasibətləri Ermənistan üçün məlum səbəblərdən dərin bir uçuruma çevrilib və bundan qurtulmaq üçün rəsmi İrəvanda nə siyasi iradəsi var nə də belə bir qərarın altından qalxacaq gücü. digər tərəfdən Ermənistanın qərbə meyilli manevrləri də moskvada heç də xoş qarşılanmır. Ermənistanın xislətinə hamıdan yaxşı bələd olan Kreml ona görə ipi əlində möhkəm saxlayıb arada bir qulaqburması verməyi də unutmur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.