Xəzərdə daha bir zəlzələ

Day.Az представляет новость на азербайджанском языке

---------
15:50

Xəzərdə bu gün ikinci zəlzələ qeydə alınıb.

Day.Az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:25:43-də Xəzər dənizində baş verib. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan öncə səhər saatlarında Xəzər dənizində daha bir zəlzələ olub. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, təkanlar yerli vaxtla saat 08:36-da qeydə alınıb.

Məlumata görə, maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

---------
09:58

Xəzər dənizində zəlzələ olub.

Day.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla saat 08:36:11-də qeydə alınıb.

Maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.