Məşhur müğənni vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın ən məşhur opera ifaçılarından biri Dmitri Xvorostovski vəfat edib.

Milli.Az İnterfaks-a istinadən bildirir ki, iki il yarımdan bəri beyin xərçəngi ilə mübarizə aparan 55 yaşlı müğənni bu gün səhər keçinib.

O, Londondakı xəstəxanada dünyasını dəyişib.

Rusiyanın Krasnoyarsk şəhərində doğulmuş D.Xvorostovski 1989-cu ildə Kardiff şəhərindəki Beynəlxalq opera müğənniləri müsabiqəsində qalib gələndən sonra Kovent-Qardendə, La Skalada, Metropoliten-Operada, Mariinsk teatrında çıxış etməyə başlamışdı.

Onun beynində xərçəng şişi olduğu 2015-ci ilin iyununda bəlli olmuşdu. Müğənni Londondakı klinikada müalicə olunurdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.