Azərbaycanda bəzi yaşayış məntəqələrində radon qazı normadan artıqdır

Day.Az представляет новость на азербайджанском языке

Radon qazı əsasən ölkənin dağlıq ərazilərindəki bir sıra yaşayış məntəqələrində normadan artıq müəyyən edilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) məlumat verilib.

İnstitutdan bildirilib ki, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir. Radon qazı ağçiyər xərcəngi xəstəliyinin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir.

İnstitutdan əlavə edilib ki, ölkə ərazisində radonun paylanmasının tədqiqinə xarici ölkələrin alimləri ilə birgə 2010-cu ildə başlanılıb. İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə aparılmış tədqiqatlar nəticəsində "Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi" tərtib olunub. Tədqiqatların hazırda davam etdirilməsi, bu təbii qazla mübarizə yollarının ictimaiyyətə çatdırılması "Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı"nda qarşıya qoyulmuş vəzifələrdən irəli gəlir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.