“Ölkədə insan hüquqlarına təsir edən amillər var"

Day.Az представляет новость на азербайджанском языке

Dövlət büdcəsinin müzakirəsindən görünür ki, ölkədə ümumi vəziyyət yaxşıdı və inkişaf tendensiyası var, inkişaf sürəti artır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

B.Muradova qeyd edib ki, ancaq müəyyən problemlər var və inkişafın özünün də yaratdığı proplemlər var ki, onları araşdırmaq. Vitse spiker bildirib ki, insan kapitalının inkişafı müxtəlif sahələrdə insanların hüquqlarının qorunmasını zəruri edir.

Vitse spiker bildirib ki, digər bir məsələ məhkəmə orqanların fəaliyyəti, vəkillərin, müsdəntiqlərin üzləşdiyi çətinliklər, hakimlərin sayının artırılması ilə bağlıdır. B.Muradova hakimlərin sayının artırılmasınə zəruri saydı və büdcədə bu məsələnin nəzərə alınmasını təklif etdi B.Muradova bildirib ki, vəkillər sahəsində də problem ciddidir: "Biz vəkillik rolunu oynayan bir sıra müdafiəçilərlə bağlı qanunverciilik sahəsində atdığımız addımlar bu məsələyə də diqqət yetirilməsini zəruri edir. Mənim təmsil olunduğum komitəyə müraciətlərin çox edildiyini nəzərə alaraq, hesab edirəm ki, bu istiqamətdə addımlar atılmalıdır və gözləmək olmaz".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.