Özündən 40 yaş böyük ərini öldürüb, kanalizasiyaya atdı

Day.Az представляет новость на азербайджанском языке

Day.Az Milli.Az-a istinadla bildirir ki, Taylandın Udon şəhərində 22 yaşlı Nittaya Saenqdeuan 62 yaşlı əri Amnuay Vensilanın paltarlarını yuyarkən cibini boşaldanda prezervativ tapıb.

Dəliyə dönən gənc qadın mübahisə etdiyi ərini bıçaqlamağa başlayıb.

Qaçaraq evdən çıxan ərini həyətdə yenidən tutub, bıçaqlayaraq öldürən qadın onu kanalizasiya quyusuna atıb.

Nittaya Saenqdeuan ilk ifadəsində evlərinə başqa şəxsin daxil olaraq ərini öldürdüyünü desə də, daha sonra həqiqəti etiraf edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.