37 yaşlı ananın 38 övladı var: Hamı bu qadından danışır

Day.Az представляет новость на азербайджанском языке

Uqandanın Kambimbiri kəndində yaşayan 37 yaşlı qadının 38 övladı var.

Day.Az olke.az-a istinadla bildirir ki, 37 yaşlı Məryəm Nabatanzi ilk dəfə 12 yaşında ailə həyatı qurub. Məryəm 13 yaşı olanda ilk övladını dünyaya gətirib.

6 övlad itirən ananın 10 qızı, 28 oğlu var. Nabatanzi üç dəfə əkiz, üç dəfə üçəm və üç dəfə dörd övlad dünyaya gətirib. Ən böyük övladının 23 yaşı olan Məryəmin ən kiçik övladı isə bir neçə aylıqdır.

Uşaqların atası eyni adamdır. Artıq övlad sahibi olmaq istəməyən Nabatanzi son doğuşdan sonra bir daha övlad dünyaya gətirməyəcəyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.