Orxan Facebook-da bacısına yazan dostunu bıçaqladı: Bacım barəsində şayiələr yaydı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Adana şəhərində yaşayan Orxan Ü. həbs edilib.

O, Facebook-da bacısını təhqir edən Fərdi A. və anası Pərvin A.-nı bıçaqlamaqda təqsirli bilinir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Fərdi A. dostu Oxan Ü.-nün bacısını sosial şəbəkədə paylaşdığı şəkillər haqqında "Bu yaxşı ayaq deyil. Maşını necə alıb" şərhini yazaraq qalmaqalın əsasını qoyub. 18 noyabrda Fərdi A. qarşılaşdığı Orxan Ü.-nün bacısını yenidən təhqir edib. İki dost arasında başlayan mübahisə qısa zamanda davaya çevrilib. Bu məqamda Orxan Fərdini ayağından bıçaqlayıb. Olaydan bir gün sonra Orxanın bacısı Bedriye Ü. dava edən iki dostu barışdırmaq üçün qardaşını da götürüb, Fərdinin ailəsinin evinə gedib. Pərvin A. oğlunu bıçaqlayan Orxan Ü.-nü görüncə öncə söyərək stolu atıb. Qəfil aranın qızışması ilə tərəflər yenidən bıçağa əl atıblar. Dalaşan iki dostun arasında qalan Pərvin A. Orxan Ü.-nün bıçaq zərbəsi ilə sinəsindən yaralanıb. Qadın təcili yardımla Adana Şəhər Xəstəxanasına çatdırılıb.

Polislərin yaxaladığı Orxan Ü.: "Fərdi A. bacımın paylaşdığı şəkillərə şərh yazaraq barəsində şayiələr yaydı" deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.