"Azərbaycan həqiqətlərini dünyaya intensiv çatdıran telekanala ehtiyac var"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan ordusu regionda ən güclü ordudur. Ancaq reallıq budur ki, əgər biz bir torpaqlarımızı geri almağa cəhd göstərsək, beynəlxalq güclərin təzyiqləri ilə üzləşəcəyik. Bu baxımdan ölkəmizdə Azərbaycan həqiqətlərinin xaricə intensiv çatdırılması üçün xəbər-informasiyaya üstünlük verilən televiziya kanalının fəaliyyətinə ehtiyac var".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Azərbaycan informasiya savaşına da önəm verməlidir. Ə.Amaşov vurğulayıb ki, onlayn mətbuata da bir milyon manat vəsait ayrılarsa, ən az bir aya nəticəsi hiss olunacaq: "Ümumiyyətlə, müharibə şəraitində olan ölkə kimi bizdə informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.