Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini təklif edir

Day.Az представляет новость на азербайджанском языке

"2018-ci ilin dövlət büdcəsi iqtisadi risklər nəzərə alınaraq tərtib olunub və təmkinli büdcədir".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Z.Əsgərov söyləyib ki, müxtəlif sahələri balanslaşdırmaq çox çətin olsa da, hökumət bu işin öhdəsindən gələ bilir.

Çıxışı zamanı Bakı-Astara dəmir yolunun köçürülməsi təklifi ilə çıxış edən Z.Əsgərov bildirib ki, sözügedən dəmir yolu bir başa dəniz sahilindən keçir və dənizə çıxışı bağlayır:

 
 

"Suyun qabarma dövründə dəmir yolunun fundamenti yuyulur və belə olan halda, dəmir yolu korlanır. Düzdür, dəmir yolu təmir olunur. Lakin bu, problemdən çıxış demək deyil. Bu yolun köçürülməsi dənizkənarı infrastrukturun inkişafına böyük töhvə olar, eyni zamanda dəmir yolunun sürətini artırar və daha səmərəli fəaliyyətinə təsir edə bilər. Şimal-Cənub dəhlizi bir ildən sonra istifadəyə veriləcək. Bundan sonra onun köçürülməsi çətin olacaq. Çünki yük daşımaları çoxaldıqda köçürülmə prosesi çətinləşəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Читать Day.Az в:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре