"Qazprom" Azərbaycana qaz tədarüklərini bərpa edir

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın "Qazprom" şirkəti və SOCAR Azərbaycana təbii qaz tədarüklərinin bərpa edilməsi barədə razılığa gəliblər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Rusiyanın qaz şirkəti bu haqda müqavilənin bu il noyabrın 21-də imzalanması barədə xəbər yayıb.

Müqaviləyə əsasən, Azərbaycan bazarına 1,6 milyard kubmetr Rusiya qazının tədarük edilməsi planlaşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.