Azərbaycanın qərb rayonlarına qar yağdı

Day.Az представляет новость на азербайджанском языке

Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb.

Day.az "Report"-a istinadən xəbər verir ki, noyabrın 22-də günorta saatlarından yağan yağış daha sonra qara çevrilib.

Hazırda Daşkəsən rayonunda qarlı hava şəraiti davam edir və qarın qalınlığı 5 santimetrə yaxındır. Anoloji hava şəraiti Gədəbəy rayonunda da davam edir və orda da qalın qalınlığı 3-4 santimetri keçib. Hər iki rayonda qarlı hava şəraitinin davam etməsinə baxmayaraq, hələki avtomobil yollarında çətinliklərin yaranmadığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.