Dünyanın ən varlı ölkəsi seçildi

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən zəngin ölkəsi Qətərdir.

Day.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Beynəlxalq Valyuta Fondunun hesabatında yer alıb. Hesabata əsasən, Qətərdə adambaşına düşən illik ümumi daxili məhsulun göstəricisi 124,930 dollar təşkil edib. BVF-nin hazırladığı reytinqdə ilk üçlüyü 114,430 dollarla Makao (Çin) muxtar rayonu, 109,190 dollarla Lüksemburq tamamlayıb. İlk onluqda həmçinin Sinqapur, Bruney, İrlandiya, Norveç, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə yer alıb.

Qeyd edək ki, siyahının 13-cü pilləsində ABŞ, 14-cü pilləsində Səudiyyə Ərəbistanı, 20-ci pilləsində isə Almaniya qərarlaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.