Bakıda insanılar özlərini təhlükəyə belə atırlar

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda 20 yanvar dairəsi kimi adlanan ərazidə piyadalar həyatlarını açıq-aydın təhlükəyə atırlar. Day.Az bildirir ki, aidiyyatı qurum tərəfindən həmin yolun kənarına təhlükəsizlik məqsədilə məhəccərlər quraşdırılsa da, bəzi piyadalar yolun hərəkət hissəsi ilə gedib ya məhəccərin üzərindən tullanır, ya da ki altından keçib yollarına davam edirlər. Nəticədə həm özləri, həm də yolda olan avtomobil sürücüləri üçün qaçınılmaz qəza şəraiti yaradırlar.

Piyadalara yaxınlaşıb bunun səbəbini soruşduqda isə onlar gedəcəkləri ünvana tələsdikləri üçün belə etdiklərini bildirdilər.

Yaxınlıqda xidmət aparan yol polisləri bildirdilər ki, təhlükəsiz şəhər kamerasının olduğu dirək məhəccərə bitşik olduğu və dairəni yaxşı görüntüləmədiyi üçün onun yeri dəyişdirilib. Elə buna görədə həmin dəmir məhəccərin alt hissəsində olan dəmir hissələr çıxarılıb. Tezliklə dəmir məhəccər bərpa ediləcək və piyadaların buradan keçməməsi üçün ciddi nəzarət olulacaq. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Piyadalar özlərini təhlükəyə atırlar