Azərbaycanda gömrük rüsumları dəyişəcək

Day.Az представляет новость на азербайджанском языке

Yerli məhsullar ucuzlaşacaq, xaricdən gələn məhsullarının isə qiymətində nisbətən artım olacaq. Day.Az bildirir ki, bunu növbət ildən tətbiq ediləcək yeni idxal və ixrac gömrük rüsumlarına əsasən demək mümkündür.

Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən 2018-ci ilin 1 yanvar tarixindən etibarən yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq. Əsas məqsəd isə ölkədə rəqabətə davamlı məhsulların istehsalını artırmaq, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsindən ibarətdir.

Yəniliyin xüsusən geyim və qida sənayesinə təsir edəcəyi, yerli malların ucuzlaşacağı gözlənilir.

Yaxın günlərdə Gömrük Komitəsi tərəfindən müxtəlif məhsullara görə tətbiq ediləcək yeni rüsumların məbləğinin açıqlanacağı gözlənilir. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda gömrük rüsumları dəyişəcək - Yerli mallar ucuzlaşacaq