Bu məmurlara xidməti avtomobil veriləcək?

Day.Az представляет новость на азербайджанском языке

Rayon (şəhər) icra hakimiyyəti başçısının yanında olan orqanın rəhbəri üçün xidməti minik avtomobili ayrılacaq.

Day.Az Avtosfer.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarında müvafiq dəyişiklik edib.

Rayon (şəhər) icra hakimiyyəti başçısının yanında olan orqanın rəhbəri üçün bir ədəd avtomobil limiti müəyyənləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.