Bakıda 100 minlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar

Day.Az представляет новость на азербайджанском языке

Sürücü maşını zibil qablarının yanında saxladığı üçün başına iş gəlib

Zibil qutularının yanında avtomobilini saxlayan "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsünün başına iş gəlib. Day.Az azxeber.com-a istinadən xəbər verir ki, sürücü avtomobilini etibarlı yerdə saxladığını zənn etsə də, baş verənlər onu şoka salıb. Belə ki, parkinq vəziyyətində olan avtomobili ətrafdakı şəxslərdən biri cızaraq üstünə zibil atıblar.

Bu kadrlar isə avtomobilin sahibini hiddətləndirib. O, həmin anları telefonuna çəkərək redaksiyamıza göndərib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Bakıda 100 minlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar