"Qarabağ"ın xoreoqrafiyasında "Fənərbağça" "əli" və "Qurban Qurbanov" stadionu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda keçirilən "Qarabağ" - "Çelsi" oyunundakı xareoqrafiyanın hazırlanmasında Türkiyənin "Fənərbağça" klubununda "əli" var imiş.

Milli.Az xəbər verir ki, açılan xareoqrafiyada ingiliscə "Şərəfli "Qarabağ" Evindən uzaqda, amma aid olduğun yerdə" sözləri yazılmışdı.

Hüriyyet-də verilən xəbərə görə, "Qarabağ"a bu xareoqrafiyanın hazırlanmasında Türkiyənin "Fənərbağça" klubunun azərkeş qrupu "1907 UNİFEB" kömək edib.

Komandamızın azarkeşlərinin "Atletiko Madrid" ilə matçda hazırladığı xareoqrafiya gündəm olmuşdu. Həmin vaxt bir qrup insan A4 kağızlara "Qarabağ" yazmışdı. Lakin fanatların bu əməli bəzi insanlar tərəfində ələ salınmışdı. Onlara dəstək kimi "Qalatasaray" və digər klublar "Qarabağ" azarkeşlərinə eyni xoreoqrafiyanı etməklə dəstək olmuşdu.

Yaranmış vəziyyət "Qarabağ" rəsmilərini də narahat edirdi. Bu səbəbdən klubumuzun idarə heyətində yer alan "Fənərbağça" Konqres üzvlərinin göstərdiyi səylə Asif Əsgərov öncə İstanbul klubu ilə, daha sonra isə 1907 UNİFEBlə əlaqəyə keçdi. 

Keçmişdə yaratdıqları oreoqrafiyaları ilə tanınan "sarı-lacivərdlilər"in azarkeş qrupu "Qarabağ"a əllərindən gələn hər bir köməyi edəcəyini bildirib. Günlərlə gedən telefon danışıqlarından sonra 1907 UNİFEB üzvlərindən Emir Akkaya, Esat Çoşkun, Berke Özboyacı, Nazmi Akça, Barış Sülün və Burak Hamzalı Bakıya gələrək klubumuzun qonağı olublar. Və nəticədə, iki dövlət tək millət şüarı daşıyan bir xareoqrafiya ortaya çıxıb.

Qeyd edək ki, Hürriyət-də yer alan xəbərdə daha bir səhv olub. Qəzet "Bakı Olimpiya Stadionu"nun adını "Qurban Qurban Stadion"u kimi qeyd edib.

Adil Nəcəfov
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.