Əməkdar artist işdən niyə çıxıb?

Day.Az представляет новость на азербайджанском языке

Dövlət "Yuğ" teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıb. Teatrın direktoru onların ərizə yazaraq, öz istəkləri ilə getdiklərini bildirib.

Yeniçag.az-a danışan Rasim Cəfər sözügedən teatrdan ayrılmasının səbəbini belə açıqlayıb:

"Mən "Yuğ" teatrında müqavilə ilə işləyirdim. Əsas iş yerim isə Gənc Tamaşaçılar teatrıdır. Sadəcə, son zamanlar işlərin çoxluğundan "Yuğ" teatrı ilə yollarımızı ayırmaq qərarına gəldik. Serial çəkilişlərinə görə bir az vaxt problemləri olurdu. Amma repertuarda olan tamaşaları yenə gedib oynayacam".

Qeyd edək ki, aktyorların işdən çıxarıldığını APA yayıb.

igər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.