“Neftçi” danışılmış oyuna görə məşqçini qovdu

6 декабря 2017 15:51

Day.Az представляет новость на азербайджанском языке

"Neftçi" klubu oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə futbola aid hər bir məşğuliyyət ömürlük uzaqlaşdırılan məşqçi-metodisti Agakişi Mehdizadəni vəzifəsindən azad edib. 

Day.Az report-a istinadən xəbər verir ki, bununla əlaqədar yayımlanan bəyanatda bildirilir ki, son günlər haqlı olaraq böyük narazılıqla qarşılanan Topaz Premyer Liqasının bəzi oyunlarının nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə "Neftçi"nin də adı hallandırıldığından klub rəhbərliyi tərəfindən daxili araşdırma aparılıb: "Xüsusən, AFFA-nın İntizam Komitəsinin 01.12.2017-ci il tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti Agakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı müəyyən olunub. O, verdiyi yazılı izahatda özünü təqsirli bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən məşqçi-metodist Agakişi Mehdizadə dərhal tutdugu vəzifədən azad olunub. Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər "İnter" Peşəkar İdman Klubunda (hazırki "Keşlə") məşqçi-metodist vəzifəsində çalışıb. Araşdıma zamanı topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. "Neftçi" PFK olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq". 

Qeyd edək ki, AFFA İntizam Komitəsi A.Mehdizadəyə oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!