“İnstagram”da heyvanlarla selfiyə qadağa qoyuldu

6 декабря 2017 21:18

Day.Az представляет новость на азербайджанском языке

"Instagram" sosial şəbəkəsinin istifadəçiləri artıq heyvanlarla selfilərini dərc edə bilməyəcəklər.

Day.Az Lent.az-a istinadən xəbər verir ki, bu günlərdə belə çəkilişlərin rəsmi olaraq dərc edilməsi moderatorlar tərəfindən qadağan edilib.

"Instagram" sosial şəbəkəsinin inzibatçıları istifadəçilərin və bütün digər şərhçilərin heyvanlarla selfi edib dərc etmələrinə rəsmi olaraq qadağanın tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. İlk növbədə bu, təbiətin vəhşi nümayəndələrinə aiddir. Rəhbərlik əsas diqqəti ona yönəldir ki, çox vaxt vəhşi heyvanlarla selfi şəkil həvəskarlarının sağlamlığına və əhval-ruhiyyəsinə çox pis təsir edir.

Bu azmış kimi, bütün "Instagram"da xəbərdarlıq yayılıb ki, heyvanlarla hər hansı pis rəftar edilmiş şəkillərin dərci moderatorlar tərəfindən dərhal silinəcək. Məsələ burasındadır ki, istifadəçilər arasında heyvanlarla kəskin süjetləri çəkməyi xoşlayan istifadəçilər də mövcuddur. Bu səbəbdən istənilən formatda buna bənzər şəkillər sosial şəbəkədə olmayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!