Ərli qadına bu 20 sualı vermək olmaz - Başqa kişilər səni cəlb etmir...?

6 декабря 2017 21:33

Day.Az представляет новость на азербайджанском языке

Yeni ərə getmiş bir xanıma bəzən elə suallar verilir ki, nəinki yerinə düşmür, hətta cavablar belə çox acıqlı olur. Psixoloqlar ən azı 20 sual müəyyənləşdiriblər ki, bunu gənc xanıma vermək olmaz.

Moderator.az həmin sualları təqdim edir:

Tədqiqat Rusiyada aparılsa da, hesab edirik ki, bizdə də bu sualları vermək yersiz sayıla bilər.

Evlilik həyatı necədir?  - Sağ ol, yaxşıdır.

Nə vaxt uşağınız olacaq? - Nə vaxt qərar versək, onda.

Vaxtı çatanda Allah uşaq göndərər, yəqin? - Allahı bilmirəm, özümsə  gətirəcəm.

Biz tezlikləmi bəbəni gözləyəcəyik? Sona qədər gözləyin - bilərsiniz.

Uşaq olanda işi tullayacaqsan? - Hə, sual verən iş verənin yerinə mənə maaş verəndə atacam.

Gecə uşaq oyananda atası da qalxır? - Bəs sizinki?

İki uşaq bəsin deyil? - Ürəyim nə qədər istəsə bir o qədər də uşaq dünyaya gətirəcəm.

Bir də qız olsa səninçün pis olmaz? Qız, ya oğlan - mən bütün uşaqları sevirəm.

Uşaqlarının arasında yaş fərqi çox azdır-biri yəqin sürprizdir? - Sürpriz, bu nəzakətli sualın oldu.

Niyə ərin də gəlməyib? - Ona görə ki, biz - ayrı adamlarıq.

Toydan sonra səndə nəsə dəyişib? - Hə, pasportumda möhür dəyişib.

Oy, əzizim, sən xəstələnməmisən? Yox, amma bundan sonra deyə bilmərəm.

Bəs, ərin bu barədə nə düşünür? - O mənim fikrimlə razıdır.

Familiyanı nə vaxt dəyişirsən? Nə vaxtsa, əgər istəsəm.

Sən ona nə bişirirsən? - Özümə nə hazırlıyırımsa. Amma, çox vaxt o bişirir.

Tənha rəfiqənlə sonuncu dəfə nə vaxt görüşmüsən? - Bu həftə, nə olub ki?

Ərin icazə verir bunu etməyə? -  Ərim məni yetkin adam hesab edir.

Bilirsənmi ki, nikahların yarısı boşanma ilə bitir? -  "Siz, mühasibatlıqda işləyirsiniz?

Sən hələ də onu sevirsən? - Səfeh sualdır.

Başqa kişilər səni cəlb etmir? - Çox səfeh sualdır...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!