Qadınlarla bağlı heç vaxt eşitmədiyiniz

Day.Az представляет новость на азербайджанском языке

Çox zaman kişilər qadınları özlərindən zəif və iradəsiz sayırlar. Ancaq bu heç də belə deyil. Qadınlar da güclüdürlər. Sadəcə onlar kişilərdən fərqli olaraq zərif güclülərdir.

Zərif güclülüər haqqında maraqlı faktları təqdim edirik:

Dünyanın demək olar ki, əksər ölkələrində qadınların ömrü kişilərin ömründən uzundur. Hər 90 saniyədən bir dünyada bir qadın hamiləliyi dövründə və ya doğuş zamanı dünyasını dəyişir.

Qadınların ürəyi kişilərin ürəyi ilə müqayisədə 20 faiz kiçikdir. Amma bu o demək deyil ki, onlar ürəksizdirlər.

Qadınların musiqi duyumu kişilərə nisbətən daha güclüdür. Amma buna baxmayaraq, onların arasından nə Üzeyir Hacıbəyov, nə də Bethoven kimi dahilər çıxmayıb.

Qadınlar orta hesabla gün ərzində 20 min söz istifadə edirlər. Bu kişilərə nisbətən 13 min dəfə çoxdur. Əgər ifadə edilən sözlər deyinməkdən ibarətdirsə, təbii ki, kişilərin ömrü azalır.

Qadınlar öz ömrünün təxminən 1 ilini paltar seçiminə həsr edirlər. Kişilər bu məsələdə daha operativdirlər.

Dünyada ən çoxuşaqlı ana rus kəndlisi Fyodr Vasilyevin həyat yoldaşıdır. O dünyaya 69 uşaq gətirib.

Elmi cəhətdən sübut olunub ki, qadınların beyni kişilərin beynindən 10 faiz kiçikdir.

Əksər qadınlar sekslə məşğul olanda yalnız bir məsələ - yataqda gözəl görünüb görünməməkləri haqqında düşünürlər.

Dodaq boyasından istifadə edən qadınlar yaşadıqları ömür boyu 2-3 kiloqram bu kosmetik vasitəni yeməyə məhkumdurlar.

Dünyada ən çox danışan qadın amerikalı komediya aktrisası Fran Kerodur. O, bir dəqiqə ərzində 538 söz tələffüz edə bilir.

Kişilər üçün mobil telefon işlərinin yerinə yetirilməsində qısa və konkret danışmaq üçün rabitə vasitəsidir. Qadınlar üçün isə mobil telefon müxtəlif mövzuları saatlarla müzakirə etmək üçün simsiz əlaqədir.

Dünyanın ən kiçik boylu qadınını Cənubi Afrikada yaşayır. Marj Bester adlı bu xanımın boyu 55 santimetrdir. 224 santimetr boyu olan çex modeli Adrianu Sklenarikova isə dünyada ən hündürboylu xanım sayılır.

Dünyanın 20 ən varlı qadınandan 19-u atalarının və həyat yoldaşlarının hesabına bu titulu qazanıblar.

Söhbət zamanı qadınlar tez-tez "hə" deyirsə. bu heç də o demək deyil ki, o sizi dərk edir. Bu təsdiq ifadəsi ilə xanımlar bildirmək istəyirlər ki, onlar sadəcə sizə qulaq asırlar. Odur ki, qadınlarla söhbət edəndə çox da dərinə getmək bir çox hallarda tam mənasız bir məsələdir.

Qaynarinfo.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.