Maskerano "Barselona" rəhbərliyinə ultimatum verdi

6 декабря 2017 19:47

Day.Az представляет новость на азербайджанском языке

"Barselona"nın müdafiəçisi Xavyer Maskerano klub rəhbərliyinə ultimatum verib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu 7 dekabra qədər cavab almaq istəyir. O, yanvarda müntəzəm meydana çıxacağı kluba keçmək fikrindədir. Samuel Umititinin zədələnməsi Maskeranonun 2 ay əsas heyətdə oynamasına imkan verəcək. Amma bu variant argentinalı müdafiəçini qane etmir.

2010-cu ildən katalonların şərəfini qoruyan futbolçunun Çin Superliqasından əlverişli təklif aldığı qeyd olunur. "Barcelona" ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq Maskerano bu mövsüm 10 rəsmi oyunda meydana çıxıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!