Elmar Məmmədyarovun Minsk qrupu həmsədrləri ilə görüşü başladı - FOTO

6 декабря 2017 20:16

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşür.

Day.Az bildirir ki, u barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev əlavə edib ki, Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrləri ilə işləməkdə davam edəcək ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə substansiv danışıqlar yolu ilə həll olunsun.

Qeyd edək ki, nazir səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!