"İşdən çıxan aktyorlarla əməkdaşlığımızı davam etdirəcəyik" - "Yuğ" teatrının direktor əvəzi

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan Dövlət "Yuğ" Teatrında müəyyən tamaşaları bərpa etmişik"

Milli.Az xəbər verir ki, bu barədə report-a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının direktoru və "Yuğ" Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icraçısı Rəşad Əhmədzadə deyib.
O qeyd edib ki, sabah, dekabrın 7-də YUĞ-da yeni tamaşa təhvil veriləcək: "Artıq "Quş dili" tamaşasının hazırlıqları başa çatıb. Hər iki teatrda işlər öz qaydası ilə gedir. Bu barədə nəsə danışıb özümü tərifləmək istəmirəm".

R.Əhmədzadə işdən çıxan aktyorlarla əməkdaşlıqlarının davam edəcəyini də bildirib: "Hikmət Rəhimov və Rasim Cəfərov işdən çıxsalar da, onlarla birdəfəlik müqavilə bağlanıb. Yəni hansı tamaşalarda var idilərsə, həmin tamaşalarda yenə çıxış edəcəklər. Bu isə onlardan asılıdır. İş şəraitlərinə görə teatrda işlərini çatdıra bilmirdilər. Əgər sabah onların işlərində boşluq yaranarsa biz yenə də onlarla fəaliyyətimizi davam etdirəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.