Bakıda mənzildən kişi meyiti tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda mənzildən 62 yaşlı kişi meyiti tapılıb.

Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub ki, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.