At yiyəsinin dilini başa düşür: Ata tapşırıq verir, o da yerinə yetirir

Day.Az представляет новость на азербайджанском языке

Ata tapşırıq verir, o da yerinə yetirir.

Heyvan yiyəsinin dilini başa düşür və arabaya qoşulmaq üçün özü arabanın yanına gedir.

Day.Az xezerxeber.az-a istinad'nbildirir ki, maraqlı kadırlar Qax rayonunun Lələli kəndində qeydə alınıb. Atının məharətini çəkib göndərən Qəzənfər Xəlilovu yaşadığı kəndə gedərək tapdıq və atın sahibinin əmirlərini yerinə yetirməsinə şahid olduq. 3 yaşlı "Mişka" ləqəbli at bir sıra əmrləri başa düşür. Boyunluq və yəhər taxıldıqdan sonra at artıq növbəti əmri gözləyir ki, arabanın yanında hazır dayansın.

Ən maraqlısı odur ki, qoşquya hazırlandığı zaman sadəcə "get" əmri verilir və at arabaya qoşulmaq üçün hazır vəziyyət alır.

Qəzənfər deyir ki, bundan sonra da ata yeni əmirlər öyrədəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
At yiyəsinin dilini başa düşür: Ata tapşırıq verir, o da yerinə yetirir