Bir evdə yolka bəzəmək neçəyə başa gələcək?

Day.Az представляет новость на азербайджанском языке

Yeni ilin gəlməsiylə əlaqədar olaraq yolkalar satışa çıxarılıb. İnsanlar dekabr ayın ilk günlərindən alış-verişə başlayıblar.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, satışda hər zövqə uyğun müxtəlif ölçülü yolkalar var. Yolkanın qiyməti ölçüsündən və həcmindən asılı olaraq dəyişir.

Bu il fərqli görnüşlü yolkalar daha çoxdur. Eyni ölçülü sadə yolkalarla müqayisə etdikdə isə qiymətləri daha bahadır.

Yolkanı Şüvəlan, Mərdəkan kimi Bakı ətrafı qəsəbələrdən daha ucuza əldə etmək olar. Belə ki, 2 metr hündürlüyündəki yolka bakının mərkəzində 150 manatdan baha olduğu halda, burda 30-35 manata satılır.

Qeyd edək ki, Bakıətrafı qəsəbələrdə yolka üçün istehsal olunan oyuncaqların satış qiyməti də şəhərə nisbətən ucuzdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bir evdə yolka bəzəmək neçəyə başa gələcək?