2017-cı ildə ən çox pul qazanan müğənnilərin adları açıqlandı

6 декабря 2017 22:26

Day.Az представляет новость на азербайджанском языке

"Forbes" jurnalı 2017-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, reytinqə amerikalı reper Şon Kombs (Paf Deddi) başçılıq edir.Onun bu ilki gəliri 130 milyon dollar məbləğində qiymətləndirib.

İkinci yeri 105 milyon dollar gəlir əldə edən Beyonce tutub. Üçüncü yerdə reper Dreyk ($94 milyon),  dördüncü və beşinci pillələrdə isə The Weeknd ($92 milyon ) və "Coldplay" qrupu ($88 milyon) qərarlaşıb.
 
İlk onluqda həmçinin "Guns N' Roses",  Castin Biber, Bryus Sprinqstin, Adel və "Metallica" qrupu yer alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!