Ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi ilə bağlı son durum

6 декабря 2017 22:26

Day.Az представляет новость на азербайджанском языке

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 10,5 faiz azalıb.

Day.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, indiyədək 65 xəstədən laborator analizlər üçün müayinə materialı götürülüb. Laborator müayinələr zamanı Azərbaycanda qripə yoluxma faktının olduğu təsdiqlənməyib.

A.Əliyeva qeyd edib ki, RGEM tərəfindən bütün tibb müəssisələrinə laborator müayinələr üçün yaxmaların götürülməsi məqsədilə kifayət qədər ləvazimatlar paylanılıb.

Qeyd edək ki, Rusiya saytlarının yazdığı məlumata görə, bu ölkədə B tipli ölümcül qrip növü - yamaqat qripi yayılıb. Tibb ekspertlərinin fikrincə, yamaqat qripinin simptomları adi qrip kimidir. Risk qrupuna yaşlı insanlar və xroniki xəstəliklər keçirən şəxslər daxildir ki, onlarda da bu qrip ölümcül ola bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!