“Liverpul” “Spartak”ı İngiltərəyə gəldiyinə peşman elədi - VİDEO - FOTO

7 декабря 2017 07:37

Day.Az представляет новость на азербайджанском языке

İngiltərənin "Liverpul" klubu Çempionlar Liqasının 6-cı turunda Rusiyanın "Spartak" komandasını darmadağın edib.

Day.Az "Report"a istinadən bildirir ki, Liverpul şəhərinin "Enfild" stadionunda keçirilən görüş ev sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.


Bu məğlubiyyət Rusiya klublarının indiyə qədər avrokuboklarda keçirdiyi oyunlar arasında rekord olub. Bundan əvvəl Rusiya klubları heç vaxt 6 top fərqindən artıq məğlub olmayıblar.
17 mart 1993-cü il tarixində MOİK Çempionlar Liqasında "Marsel"ə, 14 sentyabr 1993-cü ildə isə UEFA Kubokunun 1/32 final matçında "Dinamo" "Ayntraxt"a (Frankfurt-na-Mayne) 0:6 hesabı ilə məğlub olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!