“Fənərbağça”nın sabiq hücumçusu yenə həbs edildi

7 декабря 2017 10:10

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə millisinin və "Fənərbağça"nın sabiq hücumçusu, vaxtilə Super Liqanın bombardiri olmuş Zafer Biryolun "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində saxlandığı, lakin sonra sərbəst buraxıldığı barədə məlumat vermişdik. 

Day.Az komanda.az-a istinadən xəbər verir ki, Biryol yenidən həbs edilib. Belə ki, prokurorluq sabiq hücumçunun sərbəst buraxılmasına etiraz edərək, onun yenidən həbs edilməsinə nail olub.

Sabiq hücumçu FETÖ təşkilatına dəstəkdə ittiham olunur.

Biryol karyerası ərzində "Mersin İdman Yurdu", "Ədirnəspor", "Göztəpə", "Fənərbaxça", "Bursaspor", "Çaykur Rizəspor" kimi komandalarda top qovub. O, Super Liqanın 2003-04 mövsümündə "Konyaspor"un heyətində 25 dəfə fərqlənərək, çempionatın bombardiri olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!