Nazpəri canlı yayımda Xatunun ifasını yarıda saxlatdı - Onu tanımadım, heç tanımaq da istəmirəm

Day.Az представляет новость на азербайджанском языке

Xəzər telekanalında "5/5" verilişinin qonağı olan xalq artisti Nazpəri Dostəliyeva Zaurun gözlənilməz sürprizi ilə qarşılaşıb. Bələ ki, aparıcı canlı yayımda bir çox müğənnilərin ifasından parçalar təqdim edərək Nazpəri Dostəliyevadan onların kim olduğunu soruşub.

Milli.Az xəbər verir ki, studiyada mahnısı sələnən növbəti müğənni Xatun olub. Xalq artisti Xatunun ifasını birmənalı qarşılamayıb. 

Nazpəri Dostəliyevanın Xatunun ifası səslənərkən verdiyi reaksiyanı təqdim edirik:

"Nəysə, nəysə...! Bunu keçək. Tanımadım, heç tanımaq da istəmirəm. Başqa müğənni varmı?"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.