Qeyri-sabit hava həftə sonuna qədər davam edəcək

Day.Az представляет новость на азербайджанском языке

"Ölkə ərazisində müşahidə olunan, qeyri-sabit yağıntılı hava şəraiti dekabrın 9-na kimi davam edəcək".

Day.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, dekabrın 9-u gündüz saatlarından başlayaraq hava şəraitinin sabitləşəcəyi və gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.