Xırdalanda yaşayış binasında yanğın: 9 nəfər zəhərləndi - YENİLƏNİB - VİDEO

7 декабря 2017 14:28

Day.Az представляет новость на азербайджанском языке

----------
14:28

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.

Day.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 36 nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə edib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və

----------
12:15

Xırdalanda yaşayış binasında yanğın olub.

FHN-dən Oxu.аz-a verilən məlumata görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyyə edib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!