Ermənistanda hərbçilər qəzaya düşdülər

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər Vanadzor-Dilican avtomobil yolunda baş verib.
 
"Ford" markalı avtomobil hərəkətdə olarkən elektrik dirəyinə çırpılıb, daha sonra kənd evlərindən birinə dəyib. Avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Onların hər ikisi hərbçidir.
 
Yaralılar Vanadzorda hərbi hospitala yerləşdiriliblər.
 
Sürücünün vəziyyəti orta ağır, sərnişin vəziyyəti ağır qiymətləndirilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.