İl hələ bitməyib, yol qəzaları 181 nəfərin canını alıb

Day.Az представляет новость на азербайджанском языке

Bu il yanvarın 1-dən dekabrın 2-dək Bakı şəhəri üzrə 574 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Day.Az xəbər verir ki, Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, hadisələr nəticəsində 181 nəfər ölüb, 512 nəfər xəsarət alıb.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 hadisə, 20 ölüm, 160 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib: "Bu, dövlət yol polisi əməkdaşlarının məqsədli keçirdikləri tədbirlərin nəticəsidir"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.