Anaların gözü qarşısında uşaqların başının kəsilməsi... - Dəhşətdən qaçan qadınlar - FOTO

7 декабря 2017 14:55

Day.Az представляет новость на азербайджанском языке

Myanmar qətliamından sağ çıxan qadınlar başlarına gələn dəhşət dolu hadisələri danışıblar.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Suanara adlı qadının 25 yaşı var. Onun evi yandırılıb, oğlu öldürülüb. Özü isə hamilə ikən kütləvi şəkildə zorlanıb.

O, zorlanarkən 8 aylıq hamilə olub. Uşaq sağ qalsa da, doğulduqdan iki gün sonra ölüb.

Dəhşətlisi odur ki, seksual zorakılığa məruz qalanların yarıdan çoxunun yaşı 18-dən azdır.

Roşida Begum adlı qadının 22 yaşı var. Onun oğlu gözü qarşısında öldürülüb. Myanmar əsgərləri onun oğlunu yerə çırparaq öldürüblər.

Əsgərlər onun evini yandırıb, partladıblar. O da əsgərlər tərəfindən zorlanıb. Onun dediyinə görə, əsgərlər qadınları zorladıqdan sonra onların əl qolunu mişarla doğrayırdılar.

"Onlar düşünürdü ki, mən ölmüşəm. Kütləvi şəkildə zorlanan qadınların arasından bircə mən sağ çıxa bilmişəm".

Milli.Az Myanmar faciəsi qurbanlarının fotolarını təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!