Azərbaycanlıların məskunlaşdığı ərazilərdəki torpaq sahələri Patriarxlığa bağışlandı

Day.Az представляет новость на азербайджанском языке

Gürcüstan hökuməti ölkə Patriarxlığına torpaq sahələrinin verilməsi ilə bağlı növbəti qərar qəbul edib.

Day.Az APA-ya istinadən xəbər verir ki, qərara əsasən, Gürcüstan Patriarxlığına Tbilisinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində kənd təsərrüfatı təyinatlı olmayan 1000 kv metr torpaq sahəsi bağışlanıb. 
 
Hökumətin ötən ay qəbul etdiyi analoji qərarla azərbaycanlıların kompakt məskunlaşdığı Marneuli rayonunda kənd təsərrüfatı üçün yararlı olmayan 10151 kv metr torpaq sahəsi də Gürcüstan Patriarxlığına təmənnasız verilib. 
 
Patriarxlığın balansına verilmiş torpaq sahələrinin hansı məqsədlərlə istifadə olunacağı açıqlanmır. Adətən hökumət tərəfindən bağışlanmış torpaq sahələrində Patriarxlıq tərəfindən mövcud məbəd və kilsələr təmir olunur, ya da yeni dini ibadət yerləri tikilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.