"Roma" "Qarabağ"a qol vuran futbolçu ilə müqavilə bağladı

Day.Az представляет новость на азербайджанском языке

İtaliyanın "Roma" klubu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçda qələbə qolunun müəllifi Dieqo Perotti ilə müqavilənin müddətini uzadıb.

Day.Az report-a istinadən xəbər verir ki, 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, D.Perotti 2016-cı ilin yanvarında "Cenoa"dan "Roma"ya keçib. O, dekabrın 5-də İtaliyada "Qarabağ"a qarşı matçın 53-cü dəqiqəsində komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.\

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.