Azərbaycanda toyda kütləvi dava: Yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə rayonun Qaragüney kəndində baş verib. Sabirabad sakini Sərxan Əsədov toyda bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 35 yaşlı Orxan Xudiyev və Bakı sakini, 29 yaşlı Emil Əhmədov Şirvan şəhər xəstəxanasında əməliyyat olunublar.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sabirabadda toyda kütləvi dava